11.10.2021
11.10.2021-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Hacikənd kənd kitabxana filialının işçiləri 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Allahverənov Məhəmməd Zöhrab oğlunun ailəsi ilə “Şəhidlər bizim qürur yerimiz və fəxrimizdir” adlı görüş keçirlmişdir.
Görüşdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Hacikənd kənd kitabxana filialının müdiri İsgəndərov Nəvai açaraq bildirdi ki, həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz. Şəhidlik zirvəsinə ucalmaqla ölümsüzləşdilər. Vətən uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr ediləsi qəhrəmanlarımız minlərlədir. Hər birinin döyüş yolu bir əfsanə, bir dastan, bir tarix olmasından danışdı.
Görüşdə şəhidin atası oğlu Allahverənov Məhəmmədin 27 sentyabr 2020-ci il tarixində II Qarabağ müharibəsinə könüllü olaraq qatılmasından, Talış və Suqovuşan rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə qəhramanlıq göstərərək 07.10.2020-ci ildə şəhidlik zirvəsinə ucalmasından danışdı. 19.10.2020-ci il tarixində Bərdə rayonu Çəmənli kəndində dəfn olunmuşdur.
Görüşün sonunda şəhidin məzarı ziyarət olundu.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin